24 aprel 2024 23:46
234

İranlı deputat: İnsanlar məhv olur

Cənab prezident, inflyasiyanın meyarı statistika yox, insanların cibidir və bu gün vətəndaşlar inflyasiya, bahalıq və yoxsulluq səbəbindən məhv olurlar.

“İki sahil” xəbər verir ki, bunu İran parlamentinin üzvü Əlirza Nəzəri deyib.

O, inflyasiyanın azalması ilə bağlı rəsmi statistikaları “yalan” adlandıraraq, Rəisi hakimiyyətini verdiyi vədləri yerinə yetirməməkdə ittiham edib.

Millət vəkili, xüsusən, məskən məsələsinin əsas problemlərdən biri olduğunu, evsiz və kirayədə qalan vətəndaşlarla bağlı hakimiyyətin heç bir tədbir görmədiyini bildirib.