25 aprel 2024 08:08
175

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

ABŞ və Niger nümayəndələri bu gün Niameydə görüşəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Onun sözlərinə görə, görüşün mövzusu Amerika qüvvələrinin Afrika ölkəsindən çıxarılması olacaq.

Görüşdə Amerika tərəfini ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitzibbon və Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil edəcək.