25 aprel 2024 17:01
236

Məktəb direktorları Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar

Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərin direktorlarının aprelin 25-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinə tanışlıq səfəri təşkil edilib.

“İki sahil” xəbər verir ki,  görüşdə 40-a yaxın məktəb direktoru iştirak edib. Məktəb direktorlarına Peşə Təshil Mərkəzinin ümumi fəaliyyəti, tədris olunan ixtisaslar, qəbul qaydaları barədə məlumat verilib, Mərkəzin təqdimatı nümayiş etdirilib.

Məktəb direktorları Mərkəzdə yaradılan şərait, dərs prosesləri, laboratoriyalar və s. tanış olublar.

Qeyd edək ki, bu cür səfərlərin təşkilinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin düzgün peşə seçiminə yönəldilməsi və müxtəlif növ peşələrə marağın yaradılmasından ibarətdir.