26 aprel 2024 10:06
254

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü - FOTO

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi hesabı paylaşım edib. 

Proqram çərçivəsində “Barselona” Akademiyasının – “La Masiya”nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Çalışdırıcı səfər çərçivəsində “Barselona” B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.