06 may 2024 16:57
271

Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artıb

Azərbaycanın güləş üzrə beynəlxalq kateqoriyalı hakimlərinin sayı artıb.

“İki sahil” Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyada keçirilən güləş hakimlərinə aid imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli referimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.

Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.

Qeyd edək ki, Azərbaycanın I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimi var.