26 aprel 2024 11:27
224

Ukraynaya yeni yardım paketindən silah və sursatların çatdırılmasına artıq başlanılıb- Pentaqon

ABŞ artıq yeni yardım paketi çərçivəsində Ukraynaya bəzi silah və sursatlar verməyə başlayıb.

“İki sahil”in "RBK-Ukraina"ya istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.

O, vurğulayıb ki, Ukraynaya hərbi yardımın çatdırılma vaxtı ilə bağlı təfərrüatları açıqlaya bilməsə də artıq çatdırılmalara başlanılıb.

Eyni zamanda, Pentaqon mətbuat katibi əlavə edib ki, bəzi avadanlıqların çatdırılma prosesi uzun çəkəcək.

P.Rayderin sözlərinə görə, ABŞ artıq bu tədarükü həyata keçirmək üçün hərəkətə keçir.