27 aprel 2024 17:57
272

Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 2 cüdoçusu bürünc, 1 idmançısı isə qızıl medal uğrunda mübarizəni davam etdirir.

“İki sahil” xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev və 100 kq-da Zelim Kotsoyev yarımfinala qədər irəliləyiblər.

Lakin idmançılarımız həlledici mərhələyə gedən yolda uzuduqları üçün bürünc mükafat uğrunda yarışacaqlar.

Murad Fətiyev Laşa Bekauri, (Gürcüstan) Zelim Kotsoyev isə Maykl Korrell (Niderland) ilə üz-üzə gələcək.

90 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Elcan Hacıyev turnirin final mərhələsinə vəsiqə qazanıb. Onu qızıl medaldan Kristian Totla (Macarıstan) görüş ayırır.