27 aprel 2024 18:21
298

Dağlıq  ərazidə köməksiz qalan şəxs xilas edilib - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq  ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, dərhal FHN-in Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər 1 km hündürlüyü olan ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.