Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.
“İki sahil” xəbər verir ki, layihənin növbəti qonağı kikboks üzrə dünya çempionu Sürət Qarayev olub. O, idmanla məşğul olan hər kəsə çağırış edərək bildirib ki, dövlət qeydiyyatından, nəzarətdən keçməmiş hər hansı idman qidasından və bioloji aktiv qida məhsulundan istifadə etməsinlər, çünki belə qidaların qəbulu insan həyatı üçün ciddi risk daşıyır.
19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb