27 aprel 2024 19:53
285

"Sabah" "Səbail"ə qalib gəldi

Misli Premyer Liqasının 32-ci tury çərçivəsində "Sabah" "Səbail"i qəbul edib.

“İki sahil” xəbər verir ki, ​ 22-ci dəqiqəsində Con İrasabalın hesabı açdığı qarşılaşmanın 39-cu dəqiqəsində Cesse Sekidika fərqi iki topa yüksəldib.

Oyun bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

32-ci tur

27 aprel (şənbə)

18:00. “Sabah” 2–0 “Səbail”

Qol: Con İrasabal, 22, Cesse Sekidika, 39

“Bank Respublika Arena”