29 aprel 2024 09:15
230

Gürcüstan parlamenti yenidən xüsusi təhlükəsizlik rejiminə keçir

Gürcüstan parlamenti xüsusi təhlükəsizlik rejiminə qayıdır.

“İki sahil” xəbər verir ki, bu gün parlamentin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.

Bununla əlaqədar deputatların və parlament əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət akkreditə olunmuş jurnalistlərə şamil edilməyəcək. Bir media qurumundan maksimum iki qrup parlamentə daxil ola biləcək.

Xatırladaq ki, aprelin 16-da da eyni məsələ ilə bağlı Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilmişdi.