30 aprel 2024 09:44
256

Çempionlar Liqasında yarımfinal başlayır

Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına start veriləcək.

“İki sahil” xəbər verir ki, "Bavariya" "Real"ı qəbul edəcək. "Allyanz Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında cavab qarşılaşması mayın 8-i keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər matçı sabah oynanılacaq.

30 aprel

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
Baş hakim: Kleman Turpin (Fransa)
"Allyanz Arena"

1 may

23:00. "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)