30 aprel 2024 10:50
228

Tovuzda sevgilisi tərəfindən yandırılan qadın vəfat edib

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib.

“İki sahil” xəbər verir ki, aprelin 19-da rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Qeyd edək ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.