30 aprel 2024 11:59
200

İsrail və HƏMAS arasında danışıqlarda yaxın günlərdə irəliləyiş əldə olunmasa...

Tel-Aviv və HƏMAS arasında danışıqlarda yaxın günlərdə irəliləyiş əldə olunmasa, İsrail ordusu Qəzzanın cənubuna 1,5 milyon köçkün fələstinlinin sığındığı Rəfaha qurudan hücuma keçəcək. 

Bu barədə “İki sahil” "Anadolu"ya istinadla xəbər verir.

İsrail ordusu radiosunda yayımlanan xəbərdə Tel-Aviv ilə Həmas arasında davam edən əsir mübadiləsi danışıqları ilə bağlı qiymətləndirmələr aparılıb.

Belə ki, adı açıqlanmayan təhlükəsizlik mənbələrinə istinadən yayılan xəbərdə bildirilib ki, əgər yaxın günlərdə əsir mübadiləsi danışıqlarında irəliləyiş olmadığı təqdirdə İsrail ordusunun köçkün fələstinlilərin sığındığı Rəfaha qurudan hücum edəcəyi bildirilib.

Dünən Misir mətbuatında dərc olunan xəbərdə isə HƏMAS heyətinin Qahirəni tərk etdiyi və atəşkəs razılaşması təklifinə yazılı cavab veriləcəyi bildirilib.

İngiltərə Xarici İşlər Naziri Devid Kemeron, dünən Ər-Riyadda verdiyi açıqlamada, İsrailli məhbusların azad edilməsi müqabilində HƏMAS-a 40 günlük atəşkəs və minlərlə fələstinli məhbusun azad edilməsi təklif edildiyini bildirib.

Qəzzanın cənubunda Misir sərhədində yerləşən Rəfah şəhəri əvvəl təxminən 280 min fələstinliyə ev sahibliyi edirdi. Oktyabrın 7-də münaqişə səbəbindən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon insan didərgin düşüb.