30 aprel 2024 16:08
225

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, aprelin 30-usaat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.