30 aprel 2024 16:11
232

Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb, 9 nəfər ölüb

Cənubi Amerika ölkəsi Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər həyatını itirib.

“İki sahil”in məlumatına görə, bu barədə "NTV" xəbər verir.

Kolumbiya ordusundan verilən açıqlamada Bolivar bölgəsinin Santa Rosa bölgəsində "Körfəz Klanı" kimi tanınan narkotik kartelinə qarşı əməliyyat keçirən əsgərləri aparan Mİ-17 tipli helikopterin qəzaya uğradığı açıqlanıb.

Bildirilib ki, dəhşətli qəza nəticəsində helikopterdə olan 9 əsgərin hamısı həyatını itirib.

Helikopter baza ilə əlaqəsi kəsilib və daha sonra Santa Rosa bələdiyyəsi yaxınlığında qəzaya uğrayıb.

Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabında yazdığı paylaşımda əsgərlərin ölümündən böyük kədərləndiyini bildirib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.