30 aprel 2024 16:58
260

Prezident seçilsəm... - Trampdan AÇIQLAMA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Rusiyada casusluqda ittiham olunan “Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçin ölkə prezident administrasiyasına qayıtması şərti ilə azadlığa buraxılmasına nail ola bilər.

“İki sahil” xəbər verir ki,  Tramp bunu “Time” jurnalına müsahibəsində bildirib.  

“Mənimlə Bayden arasındakı fərq ondan ibarətdir ki, mən onu azad edəcəm. O, azadlığa buraxılacaq”- o, deyib.

Rusiya FTB-nin məlumatına görə, jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında məlumat toplayıb.

Prezident Vladimir Putin qeyd edib ki, Qerşkoviç Rusiyada məxfi məlumat alarkən “cinayət başında” tutulub.