01 may 2024 09:04
287

Türkiyədə İŞİD-lə əlaqəsi olan 41 şübhəli saxlanılıb

“İŞİD terror qruplaşmasına qarşı ölkənin 12 vilayətində həyata keçirilən əməliyyatlar çərçivəsində 41 nəfər saxlanılıb”.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya “X” sosial şəbəkəsində məlumat verib.

Nazir qeyd edib ki, ən çox həbs edilənlər İstanbulda olub – 10 nəfər. Əməliyyatların keçirildiyi yerlərdə odlu silahlar götürülüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”