04 may 2024 14:10
254

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib.

O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: “Bu, həm də Rusiya- Ukrayna, Suriya, İran məsələsinə aididir. Biz meydan təqdim etməyə, şərait yaratmağa hazırıq”.