06 may 2024 14:20
284

Lopeteqinin yeni klubu bilindi

İspaniyalı məşqçi Xulen Lopeteqinin yeni klubu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, 58 yaşlı mütəxəssisin "Vest Hem"lə razılığa gəldiyini, tezliklə tərəflər arasında müqavilə imzalanacağını bildirib. Lopeteqi yeni mövsümdən David Moyesi əvəzləyəcək.

Qeyd edək ki, Lopeteqinin son iş yeri ötən ilin avqustunda tərk etdiyi "Vulverhempton" olub. O, bunadək "Sevilya", "Real", "Portu" və İspaniya millisini də çalışdırıb.