Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
“İki sahil” xəbər verir ki, yarımfinalın ilk cavab qarşılaşmasında PSJ öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Komandalar arasında Almaniyada keçirilən ilk oyunda "Borussiya" 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinalın digər cavab görüşündə sabah “Real” “Bavariya”nı qəbul edəcək. Bu komandaların ilk oyununda isə 2:2 hesabı qeydə alınmışdı.
UEFA Çempionlar Liqası,
Yarımfinal mərhələsinin cavab oyunu
7 may
23:00 PSJ (Fransa) – "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun 0:1
8 may
23:00."Real" (İspaniya) - "Bavariya" (Almaniya)
İlk oyun - 2:2