Xəzər rayonunun orta ümumtəhsil məktəbli qızları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş voleybol turnirinin final mərhələsi keçirilib.
“İki sahil” xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda finala vəsiqə alan 117 saylı tam orta məktəb və 156 saylı tam orta məktəbin şagirdləri mübarizə aparıb. Yekun nəticədə 156 saylı tam orta məktəbin komandası qalib gələrək 1-ci yerə layiq görülüb.
Turnirin bağlanış mərasimində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək mükafatçıları təbrik edib. Daha sonra qaliblər mükafatlandırılıb.