25 dekabr 2024 15:09
115

Rusiya klubu Azərbaycanda oynamış futbolçu ilə yollarını ayırıb

Rusiyanın "Ximki" kollektivi "Zirə"nin sabiq futbolçusu Nemanya Ancelkoviçlə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə komandadan göndərilib.

Qeyd edək ki, serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.