10 may 2024 08:50
215

Avtomobil yeniyetməni vurub

Bakının Səbail rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, yolu keçən 2009-cu il təvəllüdlü Əhmədov Fərid Teymur oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.