10 may 2024 10:50
229

ICESCO-nun Baş direktoru: Texnoloji tərəqqi qlobal mənzərəni müəyyən edir

Texnoloji tərəqqi, o cümlədən süni intellektin inkişafı demoqrafik dəyişiklikləri və sosial transformasiyanı sürətləndirir.

“İki sahil” xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda keçirilən tədbirdə deyib.