10 may 2024 16:18
254

Rusiyada analıq kapitalı proqramı DAVAM ETDİRİLƏCƏK

Analıq kapitalı proqramı onilliyin sonuna qədər uzadılacaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasının plenar iclasında bildirib.

O bildirib ki, “Ailə” milli layihəsi çərçivəsində ailələrə kömək üçün mövcud olan ən populyar vasitələr bundan sonra qorunub saxlanılacaq.

“Analıq kapitalının effektivliyi artıq təsdiqini tapıb. Dövlət başçısının təşəbbüsü ilə biz proqramı onilliyin sonuna qədər uzadacağıq”, - deyə, Mişustin bildirib.