10 may 2024 17:20
260

Xarkov atəşə tutulub, ölən və yaralananlar var

Rusiya ordusunun Xarkovun sərhədyanı bölgələrini atəşə tutması nəticəsində ölən və yaralananlar var.

“İki sahil” unian-a istinadən xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında bildirib.

O deyib ki, səhər saatlarından etibarən Buqaevka və Volçansk qəsəbələrinə endirilən zərbələr nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Yaralılardan biri yaşadığı evin dağıntıları altından çıxarılıb.