14 may 2024 13:44
662

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb - VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.

“İki sahil” xəbər verir ki, parlamentin plenar sessiyasında deputatlar bir-birinə fiziki güc tətbiq ediblər.

Belə ki, hakim “Gürcü Arzusu” partiyasının deputatı Dmitri Samxaradze plenar iclasda “Milli Hərəkat” partiyasının sədri Levan Xabeişviliyə şifahi etiraz edib. Sonra müxalifətçi deputata qarşı fiziki zorakılıq tətbiq edilibb, lakin deputatlar bunun qarşısını alıblar. Bundan sonra Samxaradze Xabeişvilini söyüb. Ardınca deputatlar arasında fiziki qarşıdurma başlayıb.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.