15 may 2024 14:56
293

Levandovskiyə "Qızıl top" mükafatı verilə bilər

"France Football" "Barselona"nın hücumçusu Robert Levandovskiyə 2020-ci il üçün "Qızıl top" mükafatını təqdim etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə  "Diario Sport" məlumat yayıb.

2020-ci ildə koronavirus pandemiyasına görə "Qızıl top" mükafatı verilməyib. Həmin vaxt "Bavariya"da çıxış edən Levandovski 47 matçda 55 qol vurub və bu mükafat üçün əsas iddiaçı hesab edilib. Polşalı forvard 2020-ci ildə "Bavariya"nın tarixi trebl etməsində mühüm rol oynayıb. "Bavariya" həmin il Çempionlar Liqasını, Almaniya Bundesliqasını və Almaniya kubokunu qazanıb.