15 may 2024 18:40
270

General Müşfiq Məmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov, İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, İctimaiyyətlə Əlaqələr və Mədəni-Kütləvi Tədbirlər şöbəsinin rəisi polkovnik Elvin Əzizov Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. 

“İki sahil” xəbər verir ki,  görüş əsnasında Fatma Səttarovanı 9 may- Qələbə Günü münasibətilə təbrik edən Müşfiq Məmmədov, Azərbaycan xalqının igid övladlarının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstəriyini, Vətən müharibəsində bütün dünyanın bu qəhrəmanlığa yenidən şahid olduğunu vurğulayıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına, eləcə də şəxsən ona olan qayğıya görə general Müşfiq Məmmədova təşəkkürünü bildirən Fatma Səttarova, veteranların hər zaman dövlət başçısının, o cümlədən Müdafiə Nazirliyinin diqqətini hər zaman üzərlərində hiss etdiklərini bildirib.

Daha sonra polkovnik Cəlil Xəlilov general Müşfiq Məmmədova Təşkilatın fəaliyyəti, gördüyü işlər, həytata keçirdiyi mühüm layihələr haqqında geniş məlumat verib. Müdafiə Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əlaqələrin genişlənməsi, birgə tədbrlərin təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyinin nümayəndələri Təşkilatın inzibati binası, muzey və guşələri ilə tanış olub, veteranlarla görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.