Müxalifətdəki Tərəqqiçi Slovakiya Partiyasının üzvləri Baş nazir Roberto Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxsin onların partiyasının üzvü olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.
“Onun hərəkatımızın üzvü olmasını qəti şəkildə inkar edirik. Onun həmçinin partiyamız ilə də heç bir əlaqəsi yoxdur. Onun iyrənc hərəkətini qətiyyətlə pisləyirik”, - partiyanın bəyanatında deyilir.
Möhsün Rezai: ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa imkan verir
Kuper: Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb
Endryu Lumis Vaşinqtonun İrəvana yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib