15 may 2024 21:17
295

Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları yürüş keçirir

Gürcüstanın paytaxtı Tbilisinin bir neçə yerində "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları yürüş keçirirlər.

“İki sahil” xəbər verir ki, etirazçıların bir hissəsi Abaşidze küçəsinə doğru yürüş edir.

Yürüş iştirakçıları “Çıx çölə, çıx!” şüarları səsləndirirlər. Mitinq iştirakçılarını bir neçə polis qrupu müşayiət edir.

“Xarici təsirin şəffaflığı” qanun layihəsinin əleyhdarları əvvəlcə Vaki parkının yaxınlığında toplaşıb, daha sonra Abaşidze küçəsinə keçiblər. Hazırda Abaşidzedə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Etirazçılardan bəziləri Qəhrəmanlar Meydanını bağlayıb, bəziləri isə Parlament binası yaxınlığında toplaşıb.