16 may 2024 11:13
275

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb - Nazirlik rəsmisi

İqlim dəyişiklikləri dünya ictimaiyyətini ciddi narahat edir.

“İki sahil” xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.

O, iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib:

“Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyatlarında 15 faizə qədər azalma var”.

Ə.Əsgərov bu il COP29-un Azərbaycanda keçirilməsini mühüm hadisə kimi dəyərləndirib: “COP29-da yaşıl planet və sağlam gələcək naminə üzləşə biləcəyimiz problemləri idarə etmək üçün geniş müzakirələr aparılacaq”.