Zəngəzur dəhlizinin açılması ölkələr arasında qarşılıqlı əlaqəni asanlaşdıracaq və bu da onlara iqlim dəyişikliyi ilə bağlı problemlərin ümumi həllini tapmağa, bu istiqamətdə mübarizədə təcrübə mübadiləsi aparmağa imkan verəcək.
“İki sahil” xəbər verir ki, bunu “AGRO TV Türkiye/AGRO TV Azerbaijan”ın baş direktoru Doğan Başaran ADA Universitetində keçirilən iqlim və su ilə bağlı sammitdə deyib.
Onun sözlərinə görə, “yaşıl iqtisadiyyat”ın inkişafı üçün səylər bir neçə əsas aspektə yönəldilməlidir.
O, planetin xilasına töhfə verən belə tədbirlərin keçirilməsində Azərbaycanın mühüm rol oynadığını da vurğulayıb.