Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin baş prokurorlarını və nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
“İki sahil” xəbər verir ki, baş prokurorlar təşkilata üzv ölkələrin Baş Prokurorluqlarının iclasında iştirak etmək üçün Düşənbədə səfərdədirlər.
E.Rəhmon Tacikistanın İƏT çərçivəsində əməkdaşlığa sadiqliyini vurğulayıb və üzv ölkələrin təşkilatın fəaliyyətinin mühüm istiqamətlərinə layiqli töhfələrindən bəhs edib.
Qeyd edək ki, iclasda Azərbaycanı baş prokuror Kamran Əliyev təmsil edir.
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb