16 may 2024 11:49
240

Bakıda açıq məkanlarda reklamlarla bağlı monitorinq aparılıb

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Bakı şəhərindəki açıq məkanlarda reklamlarla bağlı monitorinq aparıb. 

“İki sahil” xəbər verir ki, monitorinq mağaza, dükan, ictimai-iaşə obyektləri, idman, sağlamlıq, tədris, estetik və gözəllik mərkəzləri, istirahət və əyləncə məkanları, klinika və tibb məntəqələrinin adlarında, onlara məxsus lövhələrdə (reklam, məlumat, menyu və s.), eləcə də sosial xarakterli mətnlərdə aparılıb.

Qeyd olunub ki, ümumilikdə 510 reklam mətnində 2300 norma pozuntusu aşkar edilib.

Onlardan 2028-i barədə, - 918 orfoqrafik, 707 leksik, 157 qrammatik norma pozuntusu, 246 üslub və ifadə səhvi, - hesabat təqdim edilib.