18 may 2024 02:35
624

Qadjetlərə həddindən artıq həvəs ödemlərə səbəb olurmuş

Bir çox insanın gözlərinin altında şişlik və torbalar var. Bəzən bu, xəstəliyin əlaməti, bəzən isə yanlış həyat tərzinin nəticəsidir. Rusiyalı həkim Aleksandr Myasnikov "Rossiya" kanalında yayımlanan "Ən vacibi haqqında" verilişində bunları necə ayırd etmək və bu bəladan qurtulmaq üçün nə etmək lazım olduğunu söyləyib.

Gözlər altındakı torbalar sinüzit, allergiya, diş xəstəlikləri, böyrək və ürək xəstəlikləri, hipotiroidizm və digər müxtəlif xəstəliklərin inkişafından xəbər verə bilər.

Ancaq həyat tərzinizi və pəhrizinizi tənzimləyərək özünüz aradan qaldıra biləcəyiniz "təhlükəsiz" ödemlər var. Məsələn, pəhrizdən artıq duz və sadə karbohidratları çıxarmaq, yuxu rejimini tənzimləmək və fiziki aktivliyi artırmaqla bunu etmək olar. Bəzən qadjetların həddindən artıq istifadəsindən imtina etmək kifayətdir.Məlum olub ki, smartfon və kompüter həvəskarları arasında "ekran boyunu" deyilən şey gözlərin altında şişkinliyin yaranmasına birbaşa səbəb ola bilər.

Nubar Süleymanova, “İki sahil”