18 may 2024 22:05
275

Almaniyada solçu ekstremistlərin zorakılıq cinayətlərinin sayı artıb

Almaniyada solçu ekstremist qruplar tərəfindən törədilən zorakılıq cinayətlərinin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 9% artaraq 916-ya çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.

2023-cü ildə oxşar zorakılıq aktlarında ümumilikdə 327 nəfər yaralanıb. Hlabuki, 2022-ci ildə bu rəqəm 228 idi.

Eyni zamanda solçu ekstremistlərin ən çox törətdiyi cinayətlər Berlin (1128) və Şimali Reyn-Vestfaliya (1097) federal əyalətlərində qeydə alınıb.

Statistika ilə bağlı Almaniyanın daxili işlər naziri Nensi Fezer qəzetə bildirib: “Brandenburqda Tesla zavodunun və bütün şəhərlərin enerjisini kəsən yanğın, solçu ekstremistlərin enerji sistemimizi pozmaqdan belə çəkinmədiklərini nümayiş etdirdi. Bu cür hərəkətlər çoxlu sayda insanı risk altında qoyur. Əgər tibb kimi həyati əhəmiyyətli sahələrdə elektrik kəsilərsə, bu, həyat üçün təhlükə yarada bilər”.