İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomoteka zalında Azərbaycan musiqisinin şah əsərlərindən ibarət konsert proqramı keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov “Bakıdan Romaya: müxtəliflikdə musiqi birliyi” adlı konsert proqramının səfirliyin dəstəyi, Roma Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə keçirildiyini deyib. Diplomat konsert proqramının paytaxt sakinlərinin və turistlərin zövqünü oxşayacağına əminliyini bildirib.
Konsert proqramında Əməkdar artist, tarzən Sahib Paşazadə və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Azərbaycan musiqiçilərinin təqdim etdikləri ifalar alqışlarla qarşılanıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?