19 may 2024 16:21
233

Cüdoçularımız dünya çempionatında mübarizəyə start veriblər

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə start veriblər.

“İki sahil” xəbər verir ki, yarışın ilk günü Azərbaycanın üç idmançısı tatami üzərinə çıxıb.

Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurub.

Qeyd edək ki, millimiz mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Çempionat mayın 19-dan 24-dək davam edəcək.