23 may 2024 17:01
168

Güləş mütəxəssisləri Azərbaycan idmanına töhfə verəcəklər- Federasiya rəsmisi

Şübhəsiz, ölkəmizə gələn güləş mütəxəssisləri Azərbaycan idmanına töhfə verəcəklər.

“İki sahil”in məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan mətbuat konfransında deyib.

Federasiya rəsmisi Azərbaycanda səfərdə olan hər bir mütəxəssisin öz işinin ustası olduğunu diqqətə çatdırıb: "ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələrinin təşəbbüsü ilə ölkəmizə gələn qonaqların qadın güləşinin inkişafına töhfə verə biləcəklərinə şübhə etmirəm. Onlar artıq bir neçə gündür ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarında öz bilik və bacarıqlarını yerli qadın güləşçilərimizlə bölüşürlər. ABŞ-li güləş mütəxəssislərinin Azərbaycanda olmasından məmnunliq hissi duyduğumuzu bildirməliyəm".