25 iyun 2024 09:55
157

Kamran Talıbov Paris-2024-ün Təşkilat Komitəsində fəaliyyət göstərəcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini Kamran Talıbov Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsində fəaliyyəta başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə K.Talıbov sosial şəbəkə hesabında məlumat verib.

ACF rəsmisi qarşıdakı iki ay ərzində voleybol, həndbol, ağırlıqqaldırma və stolüstü tennis yarışlarında əməliyyatların idarə olunmasına dəstək göstərəcəyini diqqətə yazıb.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.