23 may 2024 20:57
244

Gördüyün işi sevmək lazımdır - Mariya Stadnik

"İşini sevəndə və özünü səmimi qəlbdən ona həsr edəndə həmişə nəticə də olur".

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin mətbuat xidmətinə müsahibəsində deyib.

50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, ilk növbədə gördüyün işi sevmək lazımdır: “Şöhrət, pul və ya başqa nəyinsə dalınca qaçmaq lazım deyil. Sadəcə, güləşməkdən zövq almalısan. Qət etdiyin yolların, toplanışların, səfərlərin hər birində idman həyatının həzzi var. Hazırlıq prosesləri, çox sayda dostlar, müxtəlif ölkələr, qurduğun əlaqələr sənin üçün xoş olmalıdır".

"Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanmış M.Stadnikin sözlərinə görə, bu idman növündə qarşılaşdığın hər şeydən məmnunluq hissi duymalısan: "Gördüyün işə bu tərzdə yanaşdıqda uğurların da ardı gələcək".

Qeyd edək ki, Mariya Stadnik 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionudur.