25 iyun 2024 18:09
186

Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya millisinin hücumçusu Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb.

İki sahil "Goal"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu həmyerlisi, vaxtilə yığmada və Fransanın PSJ klubunda bir yerdə oynadığı Tyaqu Silvanı fərqləndirib.

39 yaşlı T.Silva hələ də karyerasını davam etdirir. Müdafiəçi mövsümün sonunda İngiltərə təmsilçisi "Çelsi"dən ayrılaraq "Fluminense"yə (Braziliya) keçib. O, Avropada "Milan", PSJ və "Çelsi" klublarının formasını geyinib.