26 may 2024 14:52
161

BSU və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda kitab təqdimatı FOTO

Bakı Slavyan Universiteti(BSU) və Sosial Tədqiqatlar Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana Qayıdış: Tarixi irsin izi ilə” elmi-praktiki konfransda“ Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı baş tutub.

Mayın 24-də Bakı Slavyan Universiteti (BSU) və Sosial Tədqiqatlar Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana Qayıdış: Tarixi irsin izi ilə” elmi-praktiki konfransda “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı baş tutub.

BSU-nun rektoru Anar Nağıyev konfransı giriş sözü ilə açaraq ilk öncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, STM-nin İdarə Heyətinin sədri Zahid Oruca və STM-nin sektor müdiri Əfqan Vəliyevə öz dərin minnətdarlığını bildirib. Çıxışını milli-mənəvi dəyərlərimiz və tariximiz mövzusunda davam etdirən rektor Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasəti ilə sosial, mədəni, milli-mənəvi, kultroloji aspektdən davamlı görülən işlərdən danışaraq “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının ərsəyə gəlməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Rektor “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının mövzularının mənfur qonşularımız tərəfindən ölkəmizin ərazisinin fiziki-mənəvi işğalını, Azərbaycan Respublikasını izini, milli-mədəni dəyərini özününküləşdirmə prosesini gün üzünə çıxardığını söyləyib. Anar Nağıyev əlavə edib ki, hər iki cilddə düşmənlərin torpaqlarımızda milli-mühiti dəyişdirmək cəhdlərinin baş tutmadığı faktlar əsasında aydın şəkildə görülür.

Rektor Ali baş komandan İlham Əliyevin uzaqgörən və çoxşaxəli siyasəti nəticəsində soydaşlarımızın dədə-baba yurdlarına qayıtmaları məsələsini işıqlandırıb. Bununla əlaqədar olaraq, vətəndaşları coğrafiyamızın kökündə duran maddi-mənəvi irs haqqında geniş məlumat əldə etməyə, yeni toponimlərin kəşfinə, onları tanımağa və qorumağa, xarici tərəfdaşlara bu barədə geniş maarifləndirmə işlərinin təşkilini davam etdirməyə çağırıb. Sonda rektor Anar Nağıyev çıxışında “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının əsasında Ali təhsil müəssisələrində sillabusların, dərsliklərin və auditoriyalar üçün geniş məlumatların hazırlanmsının əhəmiyyətli olduğunu bildirib.

    “Qərbi Azərbaycan beynəlalq platformada” mövzusundaçıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, STM-nin İdarə Heyətinin sədri Zahid Oruc Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişinə əsasən “Tarixi irsin izi ilə” adlı elmi-praktiki konfrans və “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının ərsəyə gəlməsinin çox vacib təşəbbüs olduğunu bildirib. Əbəttə ki, maddi-mənəvi sərvətlərin və bütövlükdə irsin qorunması yolunda atılan ilk addımların Ulu Öndər Heydər Əliyevə aid olması faktını vurğulamağın vacib olduğunu qeyd edib.

90-cı illərin əvvəllərində baş verən müharibədə uğursuz nəticələrin səbəbləri ön cəbhə olduğu qədər, elm cəbhəsinin də zəif olması ilə əlaqələndirib. Deputat Zahid Oruc bugün Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının əldə etdiyi qələbələrlə bir daha düşmənin mifologiyasını alt-üst etdiyini qeyd edib. Vətən müharibəsi zamanı birlik göstərən xalqın əsgərləri ilə yanaşı alimlər, müəllimlər, tələbələrin elm cəbhəsində sözün əsl mənasında döyüşməsindən danışıb.

“Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının ərsəyə gəlməsinin vacibliyindən danışan deputat ilk dəfə “Qərbi Azərbaycan” ideyasının 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Nüvədi camaatı ilə görüşərkən səsləndirdiyini bildirib.

BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev çıxış edərək kitabların əhəmiyyəti haqqında danışıb. O, bu kimi araşdırmaların silinmiş tarixin geriyə dönməsində vacib rol oynadığını vurğulayıb. Professor həmçinin bildirib ki, tarixi sənədlərin araşdırılması və onların əhəmiyyətinin ətraflı şəkildə təsviri çox maraqlı hadisədir. Kitabda yer alan 15 bölmənin türk xalqlarının milli-etnik soykökünü xarakterizə etdiyini və onların beynəlxalq standartlara cavab verdiyini qeyd edən Piralı Əliyevkitablar əsasında Ali məktəblər üçün keyfiyyətli və əsaslı materialların hazırlana biləcəyini söyləyib.

“Qərbi Azərbaycanın tarixi və maddi-mədəni irsi” mövzusunda çıxış edənSosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev Vətən müharibəsində əldə edilən tarixi qələbənin xalqımızın müqəddəratı üçün tarixi inkişafın yeni mərhələsi zəminində yeni üfüqlər açdığını bildirib. Həmçinin əlavə edib ki, qazanılan qələbə və nailiyyətlər soykökə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verib. Əfqan Vəliyev bununla yanaşı, qələbə nəticəsində müqəddəratı kənarda saxlanmadan Qərbi Azərbaycan kimi tarixi məsələnin tədqiq və təbliğ edilməsi, həmçinin də əhalinin tarixi torpaqlara sülh yolu ilə qayıdış ideologiyasının hədəf və strategiyaya çevrilməsi istiqamətində tarixi zərurət yarandığını bildirib. Ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərindən olan Qərbi Azərbaycana sülhlə qayıdışa yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, müəllifliyində institusional bir əsər olan 244 abidənin yer aldığı  “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və davamı, II cildi olan 144 maddi-mədəni abidədən ibarət “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı əsəri ərsəyə gəlmələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Elmi-paktiki konfrans BSU-nun elm adamları Əsgər Əhməd, İbrahim Quliyev, Habil Məmmədov, Vüqar Rəhimzadənin və digər dəyirmi masa iştirakçılarının müzakirələri ilə davam edib.