26 iyun 2024 15:20
196

46 yaşlı kişi dənizdə batıb

"Yaşma bağları" adlanan ərazidə 46 yaşlı yaşlı kişi dənizdə batıb.

“İki sahil” xəbər verir ki, hadisə Xəzər dənizinin "Yaşma bağları" adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, 1978-ci il təvəllüdlü Hümbət İcazə oğlu Əhmədovun meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.