27 may 2024 15:15
155

Zelenski İspaniyaya səfər edib

Ukrayna Prezidenti Vladimir Zelenski İspaniyaya gedib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Səfəri çərçivəsində Prezident Zelenskinin İspaniya Baş naziri Pedro Sançez və İspaniya Kralı VI Felipe ilə görüşü gözlənilir.

Xatırladaq ki, mayın 15-də Ukrayna Prezidenti Xarkov vilayətinin şimalına Rusiyann hücumu ilə əlaqədar bütün gələcək xarici səfərlərini, o cümlədən mayın 17-nə planlaşdırılan İspaniyaya səfərini təxirə salmışdı. Zelenskinin Baş nazir Sançezlə təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli saziş imzalaması, həmçinin Portuqaliyaya səfəri gözlənilir.

Ukrayna Prezidentini hava limanında İspaniya kralı VI Felipe qarşılayıb.