27 may 2024 14:05
287

Bakıda "Qalatasaray"ın çempionluğu toyda belə qeyd edilib - VİDEO

Mayın 26-da Türkiyənin “Qalatasaray” futbol klubu 2023/2024-cü il mövsümündə tarixi 24-cü ölkə çempionluğunu elan etdi.

“İki sahil” xəbər verir ki, İstanbul klubunun qələbəsi Bakıda toy mərasimlərinin birində böyük təmtəraqla qeyd edilib. 

Belə ki, şadlıq saraylarının birində "Qalatasaray" fanatı olan bəyin dostları ona sürpriz edib, klubun bayrağı ilə salona daxil olaraq çempionluq xəbərini veriblər. Onlar həmçinin "Qalatasaray"ın himninin sədası altında rəqs edərək sevimli komandalarının çempionluğunun sevincini toy iştirakçıları ilə bölüşüblər.

Zamin Məmmədov, "İki sahil"