28 may 2024 16:00
255

"Toyota"dan YENİ YANAŞMA- "ÇOX SEÇİM"

“Toyota Motors” karbon emissiyalarını azaltmaq səyləri çərçivəsində elektrikləşdirmə üçün uyğun yeni mühərriklər hazırlamağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, Yaponiya avtomobil istehsalçısı verdiyi açıqlamada, daxili yanma mühərriklərini karbonsuzlaşdırmaq üçün xalis sıfır CO2 emissiyası yaradan müxtəlif yanacaqlara uyğun daha kiçik mühərriklər hazırlayacağını söyləyib.

“Toyota” istehlakçılara hibrid elektrik və hidrogenlə işləyən avtomobillər, həmçinin elektromobillər də daxil olmaqla müxtəlif nəqliyyat vasitələri təklif etməyi hədəfləmək anlamına gələn "çox seçim" yanaşmasını tətbiq edir.

Son aylarda "Toyota" ABŞ və bəzi digər bazarlarda istehlakçıların tam elektriklə işləyən avtomobillərdən benzin-elektrikli hibridlərə keçməsindən faydalanıb. Son zamanlar avtomobil alıcıları tam elektriklə işləyən avtomobillərlə bağlı enerji problemi və yüksək qiymətlərlə bağlı narahatlıqlarını ifadə ediblər.