28 may 2024 21:56
241

Daha iki boksçumuz lisenziya turnirində qələbə qazanıb

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

“İki sahil” xəbər verir ki, yarışın beşinci gününün axşam sessiyasında Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb.

Şamil Əsgərov (57 kq) 1/16 final çərçivəsində Rujakran Jantronqla (Tailand) üz-üzə gəlib. Görüş boksçumuzun 3:0 (30:26, 28:28, 30:26, 29:27, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, üçüncü döyüşündə Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkəcək. Görüş mayın 30-da olacaq.

Zeynəb Rəhimova da adını 1/8 finala yazdırıb. 54 kq-da çıxış edən boksçumuz ilk döyüşündə İtati Zuletanı (Boliviya) mübarizədən kənarlaşdırıb. O, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. Rəhimova növbəti görüşünü iyunun 1-də Ornella Havyarimanaya (Burundi) qarşı keçirəcək.

Qeyd edək ki, lisenziya turniri iyunun 3-də yekunlaşacaq.